Homoseksualların dəhşətli sonu: onları binadan atdılar

18 Yanvar 2015 22:28 (UTC+04:00)

İraqın Mosul şəhərində İŞİD silahlıları 2 nəfəri amansızlıqla öldürüb. Lent.az-ın İxlas xəbər agentliyinə istinadən məlumatına görə, terrorçulaar iki nəfəri homoseksual olduğu üçün çoxmərtəbəli binanın damından yerə atıb. Hər iki şəxs yerindəcə keçinib.

 

Çoxsaylı insanların gözü önündə törədilən edam aktının görüntüləri sosial şəbəkələrdə yayılıb.