İraqda öldürülən Rus diplomatlarının cəsədləri 6 il sonra Moskvaya gətirilib

11 Aprel 2012 17:50 (UTC+04:00)

Mövqe.az bildirir ki , Moskva Rosbalt xəbər agentliyi 2006-cı ildə İraqda qaçırılan və öldürülən 3 Rus diplomat və bir kəşfiyyat təşkilatı işçisinin cəsədləri Moskvaya gətirilib.

Rus təhlükəsizlik nümayəndəlirnədən agentliyə istinadən bildirilib ki , "Həmkarlarımız və səfirlik işçilərinin cəsədlərinin tapılması üçün axtarışlarımızı müntəzəm olaraq davam etdirdik. Biz hədəfimizə çatdıq. Cəsədləri İraqda gördük və Moskvaya gətirdik. ".

Cəsədlərlə əlaqədar DNT testlərinin edilib, cəsədlərdən birinin Rusiya Xarici Kəşfiyyat Təşkilatı üzvü Oleq Fedoseyevaya, digərinin isə Səfirlik işçiləri Fyodor Zaitsev, Rinat Agliulin və Anatoli Smirnov- a aid olduğunu qeyd edilib.

3 İyun 2006-cı ildə Bağdadda Rusiya səfirliyi qarşısında edilən hücumda Rusiya vətəndaşları qaçırılaraq öldürülüb. SVR işçisi olduğu düşünülən başqa bir Rusiya vətəndaşı Vitali Titovun da İraqda öldürüldüyü düşünülür.

Ria Novosti xəbər agentliyi Rosbalta istinadən verdiyi xəbərində Rusiya Xarici İşlər Nazirliyi və SVR-dən hər hansı bir cavab ala bilmədiyini söyləyib.


Əfqanə Məzahirqızı