Çobanın tapdığı partlayıcı əlində partladı

19 Yanvar 2015 16:08 (UTC+04:00)

Quba rayon sakininin tapdığı partlayıcı partlayıb.

Movqe.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən "Trend"-ə verilən məlumata görə, yanvarın 18-də Quba sakini Fazil Abdullayev Xızı rayonunun Sitalçay kəndində mal-qara otararkən tapdığı partlayıcı ilə ehtiyatsız davrandığından partlayış baş verib. F.Abdullayev xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.