Azərbaycanda iki yeni qızıl yatağı kəşf edildi

20 Yanvar 2015 12:11 (UTC+04:00)
Movqe.az-ın APA-ya istinadən  məlumatına görə, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziriHüseynqulu Bağırovbildirib.

Nazirin sözlərinə görə, yataqlar Böyük Qafqaz dağlarının şimal ətəyində və Kiçik Qafqaz dağlarında yerləşir.

"Hazırda nazirlik tərəfindən qızıl yataqlarının xəritəsi hazırlanır", - deyə H. Bağırov bildirib.

Nazir əlavə edib ki, yataqların ehtiyatları dəqiqləşdirilir.