"Dərmanların qiymətinin süni artımının qarşısı alınacaq"

20 Yanvar 2015 23:13 (UTC+04:00)

Baş nazirin müavini Əli Əhmədov dərmanların vahid qiymətə satılması məsələsinə münasibətini açıqlayıb.

Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, Baş nazirin müavini bildirib ki, Milli Məclis tərəfindən bununla bağlı müvafiq qanun qəbul edilir: "Müvafiq prossedur qaydaları hazırlanandan sonra Nazirlər Kabinetində bununla bağlı normativ hüquqi sənəd hazırlanacaq. Bu mısələdə bizim mövqeyimiz ondan ibarətdir ki, həm dərmanların keyfiyyəti yaxşı olsun, həm də qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınsın. Bu barədə tədbirlər görülür, qanunda dəyişikliklər edilir və müvafiq normativ sənədlər hazırlanır".