Texas sərhədində Misirə aid tarixi əsər tapılıb

31 İyul 2012 16:01 (UTC+04:00)
Movqe.Az CNN-nə istinadən bildirir ki, Amerikanın gömrük işçilərinin Texas əyalətinin Laredo şəhərində Misirə aid oğurlanmış qəbir qalıqlarını aşkar etdiklərini və Misirin əsərləri geri almağa çalışdığını bildirib.

"Gömrük və Sərhəd Qoruma"dan verilən məlumata görə, əsərlər araşdırılır və Misirə aid qəbirlər olduğu təsbit edilir. Çox da baha olmayan əsərlərin lazımlı əməliyyatlardan sonra Misirə geri göndəriləcəyi bildirilib.

Rəsmilər, əsərləri kimin oğurladığı və digər detallar barədə məlumat verməyib.