HTC One M9: təqdimat tarixi məlum oldu

21 Yanvar 2015 11:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, HTC şirkəti Barselonada Mobile World Congress 2015 tədbiri çərçivəsində keçiriləcək "böyük anons tədbirində" işitirak üçün jurnalistlərə dəvətnamə göndərib. Tədbirin keçirilmə tarixi kimi 1 mart göstərilib.

Dəvətnamədə olan təsvirlər birbaşa olaraq yeni smartfonda kameranin təkmilləşdirilməsinə işarə verir. Hələlik yeni flaqman smartfonun adı haqqında da bir məlumat yoxdur. Dəfələrlə qeyd etdiyimiz kimi hazırda yeni flaqman smartfon 3 addan biri altında təqdim edilə bilər:

HTC One M9;

HTC One 9;

HTC Hima.

Müxtəlif mənbələr hazırda HTC Hima adının daha aktual olmasını qeyd edib.

Yeni smartfonun texniki göstəricilərinə gəlincə isə onları bir daha təkrar etmək məcburiyyətindəyik:

5-düymlük HD-displey;

64-dərəcəli 8-nüvəli Qualcomm Snapdragon 810 (2,0 GHz);

3 Gb əməli yaddaş;

13 MP frontal kamera (HTC Desire Eye-de olduğu kimi);

20,7 MP əsas kamera.

Ən əsas yenilik kameralardır – əgər doğrudan da bu kameralar yeni smartfonda quraşdırılacaqsa, onda əminliklə demək olar ki, HTC Hima 2015-ci ilin ən maraqlı smartfonu adına layiq görülə bilər. Çünki əvvəlki modellər (HTC One və HTC One M8) son dərəcə uğurlu idi və əsas narazılıq məhz kameraların MP-sinin aşağı olması idi.