Ayaqyoludakı hadisə təşvişə saldı

22 Yanvar 2015 10:45 (UTC+04:00)
Göygöl rayonunda yanğın hadisəsi baş verib.

Movqe.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göygöl şəhərində ümumi sahəsi 420 kv.m olan inzibati binanın sanitar qovşağı və rabitə otaqlarının lambirdən ibarət tavanı 27 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.