"Qurbağa göz" dedi - 10 min cərimələndi

22 Yanvar 2015 11:52 (UTC+04:00)

Müğənni onu təhqir edən professordan 1 milyon tələb edir.

Türkiyənin super starı adlandırılan Ajda Pekkanla professor arasında məhkəmə işi yekunlaşdı.

Movqe.az-ın anspress-ə istinadənməlumatına görə, müğənni Nazim Durak adlı professoru 3 il öncə məhkəməyə vermişdi. Buna səbəb isə onun haqqında dediyi sözlər olub.

Müğənni ondan nə az, nə çox düz 1 milyon lira (330 min manat) təzminat tələb edib.

Pekkanın iddiasına görə, adıçəkilən şəxs ona "gözləri qurbağa kimidir", "dodaqları meymunun arxasına bənzəyir" deyərək təhqir edib.

Məhkəmənin qərarı ilə Durak təhqirə görə müğənniyə 10 min lira (3340 manat) pul ödəməli olacaq.

Amma Ajda Pekkan bununla razılaşmayıb və 1 milyon lira almaq üçün apellyasiya məhkəməsinə üz tutub. Təzminat davasında belə iddialı olmasına əsas kimi isə professorun dediklərinin kanallar və internetdə yayımlanmasını, şəxsiyyətinin alçaldılmasını göstərib.