ABŞ polisi daha bir qaradərilini öldürüb

22 Yanvar 2015 12:50 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının Nyu Cersi ştatında polis qaradərili vətəndaş arasında yeni gərginlik meydana çıxıb.

Belə ki, qaradərili vətəndaşa atəş açılıb.

Movqe.az xəbər verir ki, hadisə Bricton şəhərində baş verib. Yol patrul xidmətinin əməkdaşları sürücünü saxladıqdan sonra avtomobildə axtarış aparmağa cəhd göstəriblər. Polislərdən biri avtomobilin saxlanc yerində silah aşkarladığını deyib.

O, sürücüdən əllərini qaldırmasını və tərpənməməsini istəyib. Sürücü əlləri yuxarıda çölə çıxmağa çalışarkən isə, polis atəş açaraq onu öldürüb.

Cinayət faktı Amerikada yenidən irqi zəmində zorakılıqlara yol aça bilər.

Son zamanlar Amerikanın qaradərili vətəndaşları arasında polis zorakılıqlarına qarşı etiraz dalğası müşahidə olunur. Buna səbəb isə bir birinin ardınca bir necə qaradərilinin polis zorakılığına məruz qalması və öldürülməsi olub.