Hava şəraitində ciddi dəyişiklik gözlənilmir
31 İyul 2012 14:18 (UTC+04:00)
Bakıda və Abşeron
yarımadasında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətindən APA-ya verilən
məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq. Gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 25-26, Buzovna, Mərdəkan və
Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx və Sahildə 27-28 dərəcə təşkil
edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin gündüz əsasən
yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz
23-28 dərəcə isti olacaq.