1964-cü ildə "Şıpsevdi" filmi ilə Yeşilçamda ilk baş rolunu oynayan Pekkan, 50 filmdə rol alıb. Ən son 2001-ci ildə kamera qarşısına keçən superstar, Kırmızıgülün rejissorluğunu boynuna götürdüyü, Sinem Kobal, Engin Altan Düzyatan, Camal Hünal, Bürc Kara və Gürgen Özünün oynadığı "Romantik Komedi 2" filmində özünü canlandırıb. Ajda Pekkan çəkilişlərdə çox əyləndiyini söyləyib.