Zakir Həsənovdan sərt mesaj: “Döyüşə hazırıq“

22 Yanvar 2015 17:17 (UTC+04:00)

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri komandanı general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvini qəbul edib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, tərəflər regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.


Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini xüsusi vurğulayaraq, Silahlı Qüvvələrin şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin hər qarış torpağını işğalçılardan azad etmək üçün döyüşə hazır olduqlarını diqqətə çatdırıb.


Görüşdə BƏƏ-nin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd Əl-Ğafli də iştirak edib.