Azərbaycanlı stilist türkiyəli paparasilərin hədəfinə çevrildi

31 İyul 2012 16:36 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın məşhur stilisti Anar Ağakişiyev çimərlik geyimində paparasilərin obyektivinə yaxalanıb.

Qeyd edək ki, stilist Bodrumda 10 gün istirahət edib. Hər gecə müxtəlif əyləncə klublarına gedən stilist türkiyəli paparasilərin də hədəfinə tuş gəlib.

Rahat günəşlənmək üçün dənizin ortasına getməsinə baxmayaraq, o fotoqrafların kamerasına yaxalanıb. Hazırda İstanbulda olan stilist alış-veriş etmək fikrindədir. Bununla yanaşı, İstanbuldakı dostları ilə görüşməyi planlaşdıran Anar istirahətini Avropada davam etdirməyi düşünür.


Türkan Nadirqızı

Movqe.Az