Azərbaycan neftinin qiyməti artıb

31 İyul 2012 15:04 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. 

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən APA-ya verilən məlumata görə, iyulun 30-da keçirilən hərraclarda "Azeri Light" markalı neft 0,15 dollar bahalaşaraq 109,99 dollara satılıb.

Xatırladaq ki, Azərbaycanın 2012-ci il dövlət büdcəsində neftin proqnoz qiyməti 100 dollar bareldir.

Türkan Nadirqızı

Movqe.Az