İŞİD-lə mübarizə koalisiyası 6 000 silahlı məhv edib

23 Yanvar 2015 10:00 (UTC+04:00)

İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan koalisiya 6 min silahlı məhv edib.

Movqe.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın amerikalı diplomata istinadən verdiyi xəbərə görə, əməliyyatlar zamanı qruplaşmanın ali komandanlıq heyətinin yarısından çoxu məhv edilib.

Bu arada İraqın baş naziri Heydər Abadi İŞİD-lə mübarizə üçün beynəlxalq koalisiyadan ölkəyə əlavə silah-sursat ayrılmasını xahiş edib.