Azərbaycanlı müğənni 3 ölkədə klip çəkilişində-VİDEO

23 Yanvar 2015 10:30 (UTC+04:00)
Nadir Qafarzadə yeni klipindən danışıb. Müğənni Nadir Qafarzadə sənət fəaliyyəti ilə bağlı yeni planlarından söz açıb. Movqe.az-ın məlumatına görə, müğənni Nadir Qafarzadə "Döy qapımı" adlı yeni mahnısı üçün klip çəkilişlərinə başlayır. Sənətçinin bildirib ki, əgər hər şey istədikləri kimi olarsa, klip çəkilişləri üç ölkədə – Türkiyə, Gürcüstan və Azərbaycanda həyata keçiriləcək. Türkiyədə aranjiman olunan mahnının söz və musiqisi Tural Bayraməliyevə məxsusdur. N.Qafarzadə yeni mahnısına çəkiləcək klipin tamaşaçılar tərəfindən bəyəniləcəyinə ümid edir.