"Sumqayıt" "Şahdağ"la bacarmadı

23 Yanvar 2015 11:55 (UTC+04:00)
"Sumqayıt" Futbol Klubunun əvəzediciləri təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Goal.az xəbər verir ki, Samir Abasovun komandası 1-ci divizion təmsilçisi "Şahdağ"la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesabı heç-heçə ilə başa çatıb.