“Sxodka”ya polis basqını: 8 “qanuni oğru” saxlanıldı

23 Yanvar 2015 12:02 (UTC+04:00)

Yüksək statuslarına görə saxlanılanlardan heç birinin adı polisdə rəsmiləşdirilməyib.

Dünən Rusiya Baş Cinayət Axtarış idarəsi tərəfindən "Dedovski" klanının beş nəfər "qanuni oğru"sundan ibarət "sodka"ya basqın edilib.

Movqe.az xarici mediaya istinadən xəbər verir ki,"sxodka"da Tyurik, Voskres, Zabav, Sırkaç və Teko iştirak ediblər. Ehtimal olunur ki, onların müzakirə etdiyi başlıca mövzu Kazana nəzarət məsələsi olub.Belə ki, burda ötən payızda "Dedovski"dən slavyan "qanuni oğru"lar Şişkan, Muxa , Pan, Kostıl və Samarskiyə müstəqillik verilməsindən sonra yeni "qanuni oğru" Roma görünməyə başlayıb.

Yüksək statuslarına görə saxlanılanlardan heç birinin adı polisdə rəsmiləşdirilməyib. Lakin, polis əməliyyatı bununla yekunlaşmayıb.Moskva Cinayət Axtarış idarəsi tərəfindən "Zafferano" restoranında daha üç "qanuni oğru" saxlanılıb: Piçuqa. Matsik və Racik.Axtarış zamanı Racikin üzərində böyük miqdarda narkotik aşkarlanıb.