Erməni klanları toqquşur

23 Yanvar 2015 13:59 (UTC+04:00)

"Qraparak" qəzeti Gümrüdə klanlarararası toqquşmadan yazıb.

Movqe.az xəbər verir ki, Ermənistanın "Qraparak" qəzeti Gümrüdə klanlararası toqquşmanın yenidən qızışdığını yazıb.

Qəzet bildirir ki, Gümrü şəhərindən parlamentə seçilmiş indiki deputat Martun Qriqoryanın fəallaşması fonunda Gümrünün sabiq meri Vardan Qukasyan arasında gərginlik yaranıb və bu, klanlararası toqquşmanı yenidən canlandıra bilər. Buna səbəb 34 saylı seçki dairəsindən mandata sahib olmaqdır.

Yerli sakinlərin fikrincə, Vardan Qukasyanın və Martun Qriqoryanın parlamentə seçilmək şansları, praktik olaraq, bərabərdir.

V.Qukasyanın tərəfdarları iddia edirlər ki, gənc partiya nümayəndəsinin reytinqi daha yüksəkdir. Çünki müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının reytinqi bu yaxınlarda Gümrüdə baş verən hadisələrdən, rus hərbçisinin bir erməni ailəsini güllələməsindən sonra qalxıb.

Nəşr yazır ki, Martun Qriqoryanın reytinqi bu hadisə baş verməyənədək Vardan Qukasyandan həmişə yüksək olub: "Martun özü seçkiqabağı tədbirdə kifayət qədər "müvəffəqiyyətli şou" göstərib. O, son anda "əziz seçicilər" sözləri ilə camaata müraciət edib və bununla göstərib ki, onu "Gümrü faciəsi" maraqlandırmır."