Vaqif Əsədovla bağlı əmr verildi - ÖZƏL

23 Yanvar 2015 14:06 (UTC+04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Əsədovun rütbəsi artırılıb. Movqe.az xəbər verir ki, Vaqif Əsədov daxili işlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xüsusi və səmərəli fəaliyyətinə görə mükafat qaydasında polkovnik rütbəsi alıb. Vaqif Əsədov faktı təsdiqləyib.