Qırğızstanda 20 Yanvar müsibətinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

23 Yanvar 2015 15:47 (UTC+04:00)

2015-ci ilin yanvar ayının 19-da Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin "Azəri" İctimai Birliyinin təşkilatçılığı ilə Qırğız Xalqı Assambleyasında Qanlı Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Movqe.az xəbər verir ki, mərasimdə Qırğız Respublikasının Prezidenti Aparatının, Hökumətinin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və ölkənin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Mərasim başlamadan öncə 20 Yanvar müsibətini özündə əks etdirən foto sərgiyə baxış keçirilmiş, iştirakçılara press-relizlər təqdim edilmişdir.Tədbirin açılışında 20 Yanvar müsibətindən bəhs edən "Qanlı Yanvara aparan yol" adlı sənədli film nümayiş olunmuşdur.Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov mərasimi açaraq Qanlı Yanvar hadisələrin şəhidlərinin xatirələrini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir.Sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ruhu ehtiramla yad olunub, dualar oxunub.Səfir 20 Yanvar müsibətinin törədilməsi cinayətlərinin yalnız Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı vandallıq nümunəsi olduğunu əsaslı dəlillərlə mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.Səfir bildirmişdir ki, yanvarın 20-də sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilmiş, 134 insan qətlə yetirilmiş, 744 insan yaralanmış, 5 nəfər itkin düşmüş və 841 nəfər əsassız olaraq həbs edilmişdir.Səfir Ulu Öndər Heydər Əliyevin 20 Yanvar müsibətindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gəldiyini və cinayət törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyini söyləmişdir.Səfir, 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakət ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, hər bir insan ölümünün faciə olduğunu söyləyərək, lakin öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının həlak olmaqları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirmişdir.20 Yanvar 1990-ci ildə Azərbaycan xalqının hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edərək Səfir, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulamışdır.Sonra çıxış edən Qırğız Respublikası Prezidenti Araratının etnik, dini siyasət və vətəndaşlarla iş üzrə şöbəsinin müdiri Mira Karıbayeva, Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç, Qırğız Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov, Qırğız-Türk "Manas" Universitetinin rektoru Səbahattin Balcı, Qırğız Respublikasının xalq yazıçısı Mar Bayciyev, Qırğız Xalqı Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, "Azəri" ictimai Birliyinin sədri Əziz Əliyev, Qırğız Respublikasının əməkdar həkimi Akif Alaferdov, Qırğızstandakı tatar diasporasının üzvü Xariz Turna, həkim Akif Rəfibəyov və başqaları sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törətdiyi vəhşiliklərdən, bu qanlı müsibətdə, başda Mixail Qorbaçov olmaqla, onların bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etmələri barədə danışmışlar.Səfir Hidayət Orucov tədbiri yekunlaşdıraraq qeyd etmişdir ki, bu ağır cinayət həm də ona görə dərindən öyrənilməli, həmişə xatırlanmalıdır ki, bundan sonra dünyanın heç bir güşəsində bir daha baş verməsin.