Avro Azərbaycanda da «öldü»

24 Yanvar 2015 10:20 (UTC+04:00)

Avropa Mərkəzi Bankı bu ilin martından etibarən 2016-cı ilin sentyabr ayına qədər aylıq 60 milyard avroluq istiqrazlar alacağını bildirib. Bu isə avronun sürətlə ucuzlaşmasını qaçılmaz edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirib ki, avronun məzənnəsinin ucuzlaşması prosesi davam edəcək: "Təbii ki, Avropa Mərkəzi Bankının son qərarı bundan sonrakı dövrlərdə avronun məzənnəsinin daha sürətlə aşağı düşməsinə səbəb yaradan amillərdən olacaq. Yanvarın 22-23-də açıqlanan qərar nəticəsində artıq bir gün ərzində avronun məzənnəsində kəskin azalmanı müşahidə edilib. Bu, onu deməyə əsas verir ki, bundan sonrakı dövrlərdə də avronun məzənnəsində ucuzlaşma prosesi gedəcək". Ekspert hesab edir ki, bunun Azərbaycana təsirləri iki əsas istiqamətdə olacaqdır: " Son dövrlərdə Avropa Birliyindən Azərbaycana ixracın həcmi artmaqdadır. Yəni, Azərbaycan Avropa Birliyindən daha çox məhsul idxal edir.Bu proses bundan sonrakı dövrdə daha da sürətlənəcək. Çünki Avropa Birliyində istehsal edilən məhsulların dəyərində ucuzlaşma müşahidə ediləcək. Bundan başqa Azərbaycanın əsas maliyyə fondu sayılan Dövlət Neft Fondunun vəsaitlərinin 35 faizi avro şəklində saxlanılır. Bu vəsaitlərin dollarla dəyər ifadəsində ucuzlaşma olacaq".

Qeyd edəke ki, 1 avro ölkəmizdə 0,8897 manata satılır. Bununla da, Avrozonanın rəsmi valyutasının manata nisbətdə məzənnəsi 13 illik minimum həddinə düşüb