Davosda Con Kerri və Məhəmməd Zərif arasında görüş olub

24 Yanvar 2015 12:09 (UTC+04:00)
Davos İqtisadi Forum çərçivəsində ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləriCon KerriMəhəmməd Zərifarasında görüş olub.

Movqe.az APA-ya istinadən bildirir ki, bu barədə "Röyters" ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən xəbər verir.

Məlumata görə, görüş bir saatadək davam edib. Danışıqlar mövzusunun İran nüvə proqramının olduğu bildirilir. Hər-hansı bir razılaşmanın əldə olunması barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Məhəmməd Zərif forum çərçivəsində çıxışı zamanı bildirmişdi ki, ABŞ Konqresi tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqi Cenevrədə Tehran və "altılıq" arasında əldə edilmiş razılaşmanı poza bilər. Konqresin İrana qarşı yeni sanksiyalar tətbiq etmək ideyasını prezidentBarak Obamavə ABŞ-ın BMT-dəki daimi nümayəndəsiSamanta Pauerdə pisləyib.