Ayaqların tərləməsinə son

24 Yanvar 2015 14:04 (UTC+04:00)

Ümumuyyətlə,ayaq tərləməsi normal haldır.Bir qayda olaraq dabanları yumaq,müntəzəm olaraq corabları dəyişmək lazımdır.Amma bəzi adamlarda ayaq həddən artıq tərləyir.Movqe.az xəbər verir ki ,  Ayaq tərləməsini söyüd ağacı ilə edilən vanna aradan qaldırır.Bundan başqa,1 litr suya 1x.qaşığısirkə və ya perekis əlavə olunmuş vanna ,ya dapalıd ,qatırquyruğu qabığınınvannası yaxşı təsir göstərir.Vannadan sonra dabanformalin(dezinfeksiya dərmanı) və ya xüsusi karandaşlasilinir.Həmçinin prisipkadan da istifadə edə bilərsiniz.Əgər vanna kömək etməsə,hər səhər ayağınıza ayağı tərləmədən qoruyan ayaq üçün sprey vurmaq lazımdır.Əgər tərləmə çoxdursa onda ayaqqabınıza da axşamdan sprey vurmaq məsləhətdir.

Tərləməyə qarşı olan kremlər də effektiv nəticələr verir.Belə kremlər tərləməni ,göbələk xəstəliyini,xoşagəlməz qoxunun qarşısını almaqla yanaşı ayaq dərisini qurutmur.Kremi isə seçərkən diqqətli olmaq lazımdır,çünki kremlər funksiyasına görə fərqli olur:

*Yorğunluq və tərləmə əleyhinə

*Qabaq və göbələklərə qarşı

* Çatlara qarşı

*Qan dövranını stimullaşdıran

Əgər daban dəriniz kobudlaşıbsa və çatlayıbsa ,2çay qaşığı soda əlavə olunmuş isti vannadan sonra dabanınıza soğanlı kompres qoyun.Bunun üçün soğanı əzib dabanınıza qoyun və selofan ilə sarıyın, bütün gecəni saxlayın.Səhər soğanı yuyub dabana yağlı krem çəkmək lazımdır.Proseduru 2-3 dəfə etmək lazımdır.Soğanı kələmlə də əvəz etmək olar.

Hər zaman gözəlliyimizi və sağlamlığımızı qoruyub saxlayaq.