Bələdiyyə binası və mədəniyyət evi anidən alışdı

24 Yanvar 2015 16:10 (UTC+04:00)
Zaqatala rayonunun Maqov kəndində yanğın hadisəsi baş verib. Movqe.az Kanal S - istinadən (Region TV) xəbər verir ki, səhər saatlarında kəndin bələdiyyə binası və mədəniyyət evi anidən yanmağa başlayıb.

Hadisə yerinə dərhal Zaqatala DYMH-nin 3 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınan zaman bir nəfər yanğınsöndürən xəsarət alıb. Hazırda yanğın davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır.