Yanvarın 25-nə olan hava proqnozu
25 Yanvar 2015 10:10 (UTC+04:00)
Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata
görə, cənub-şərq küləyi əsəcək, arabir 15-17 m/s-yə çatacaq.
Havanın temperaturunun gecə 1-3° isti, gündüz 4-7° isti, Bakıda
gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer
təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındahavanın arabir
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun
gecə 3-8° şaxta, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 1-6° isti
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındahavanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun
gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarındahavanın arabir yağıntılı olacağı gözlənilir.
Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Ayrı-ayrı
yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarındahavanın arabir yağıntılı olacağı, sulu qar,
qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq
küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta,
gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq
ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarındahavanın arabir
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq
küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 1° şaxtadan
4°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarındahavanın arabir yağıntılı olacağı gözlənilir.
Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Şərq küləyi
əsəcək, arabir güclənəcək. Temperaturun gecə 2-4° isti, gündüz 4-8°
isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti
olacağı gözlənilir.