Türkiyənin dövlət strukturlarında irimiqyaslı kadr dəyişiklikləri gözlənilir

26 Yanvar 2015 11:18 (UTC+04:00)

Türkiyədə hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində dövlət strukturlarında son zamanların ən irimiqyaslı kadr dəyişiklikləri gözlənilir. Bu barədə Movqe.az "Sabah" qəzetinə istinadən xəbər verir.

Gözlənildiyi kimi, Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyənin dövlət idarələrinin demək olar ki, bütün rəhbərləri dəyişdiriləcək.