Nazirlikdən "Təhsil" televiziyası ilə bağlı açıqlama
26 Yanvar 2015 12:36 (UTC+04:00)
"Uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və
cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması
məqsədi ilə onlayn "Təhsil" televiziyasının yaradılması
məsələsi "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı
Fəaliyyət Planı"ında öz əksini tapıb. Bu kanal uşaq və
gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin
inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi
ilə təşkil olunacaq.Təhsil kanalının yaradılması ilə bağlı müxtəlif
təcrübələr var. Bu təcrübə əsasən uşaq və gənclərin intelektual
fəaliyyətlərinin dəstəklənməsi üçün müxtəlif onlayn kanalların
yaradılmasını nəzərdə tutur".
Bu sözləri bu gün nazirlikdə keçirilən mətbuat konfransında
nazirliyin mətbuat xidmətinin rəhbıri Cəsarət Valehov
Movqe.az-ın sualına cavabında söyləyib. Onun sözlərinə görə,
televiziyanın 2015-2016 illər ərzində yaradılması
nəzərdə tutulub və bu işləri Təhsil Nazirliyi həyata keçiriləcək.
C. Valehov onu da qeyd edib ki, onlayn kanlada intellektual
baxımdan səmərəli təlimlər, video resurslar, müxtəlif intellektual
oyunlar elektron dərsliklər, video resurslar, internet
əsaslı intellektual oyunlarının hazırlanması da nəzərdə
tutulub.