İsrail Suriyadakı terror qruplarının hava qüvvələri rolunu oynayır – Bəşər Əsəd

26 Yanvar 2015 13:55 (UTC+04:00)

 "Biz ölkədə hər hansı bir bölgədə irəliləyiş əldə edən zaman İsrail hava hücumu həyata keçirərək, ordunun irəliləməsinin təsirini azaldır. Bu açıq-aydın görünür."

Movqe.az xəbər verir ki, bunu Bəşər Əsəd Amerikanın "Foreign Affairs" jurnalına verdiyi müsahibədə deyib.

Suriya prezidenti İsrailin son hücumuna işarə edərək, Qunaytara əyalətinə endirilən aviazərbənin "əl-Qaidə"nin qolu "ən-Nusra Cəbhəsi"nə dəstək vermək istiqamətində həyata keçirildiyini bəyan edib.

"Kim deyir ki, "əl-Qaidə"nin hava qüvvələri yoxdur. Əslində onun hava qüvvələri var və bu İsraildir. İsrailin silahlı qruplaşmalara dəstək verir, bu tamamilə aşkardır."