"Qarabağ"ın məşqçiləri Hollandiya qəzetlərində

26 Yanvar 2015 14:40 (UTC+04:00)
Bildiyiniz kimi, "Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya işgüzar səfərə yollanmışdı. Goal.az klubun saytına istinadən xəbər verir ki, səfər zamanı klubumuzun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətənində Ayaks, PSV, Utrext kimi klubların futbol akademiyalarında təlimlərdən keçib. Bu səfər Hollandiya mətbuatının diqqətini cəlb edib və Akademiyamız haqqında bir sıra qəzetlərdə xəbərlər dərc edilib.