Təraş gelinin içindən görün nə çıxdı...

27 Yanvar 2015 10:54 (UTC+04:00)
Ədliyyə Nazirliyinin 3 saylı İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb. Movqe. az Pentensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilən Həsənbala Sərdar oğlu Tahirov üçün gətirilən sovqata baxış keçirilib. Onunla görüşə gələn dostu Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan "ARKO MEN" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Nar" danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.