Kolizey də əyildi

1 Avqust 2012 12:04 (UTC+04:00)
Movqe.Az bildirir ki, İtalyanın paytaxtı Romanın ən çox turistləri cəlb edən tarixi əsəri Kolizeyin cənub divarlarının təxminən qırx dərəcə yana yatdığı bildirilib.

Səlahiyyətlilər əyilmənin səbəbinin metro və yerüstü nəqliyyatdan qaynaqlandığını, bu vəziyyətin təhlükəli olmadığını açıqlayıblar. İtalyanın qəzetlərindən biri olan "Corriere della Sera"da nəşr olunan xəbərə görə, Kolizeydəki yana yatma təxminən bir il əvvəl məlum edilib. Ancaq son aylarda 2 min illik tarixi əsərdə bu əyilmə müddəti sürətlənməyə başlayıb. 2007-ci ildə dünyanın yeddi möcüzəsindən biri olaraq seçilən Kolizey Roma İmperatorluğu dövründə başda qladiator döyüşləri olmaq üzrə müxtəlif nümayişlər üçün istifadə edilib.

Miladdan əvvəl 72-ci ildə istehsalına başlanan və Miladdan sonra 80-ci ildə tamamlanan nəhəng abidəyə hər il milyonlarla turist ziyarət edir. Tarixi əsərin ziyarətə bağlanılması isə ölkənin böyük bir maliyyədən məhrum olması deməkdir.