Facebook işə düşdü

27 Yanvar 2015 11:21 (UTC+04:00)
Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook" və "Instagram"ın fəaliyyəti bərpa olunub.  Movqe.az  xəbər verir ki, səhər saatlarından başlayan texniki nasazlıq artıq həll olunub. "Facebook" şirkətinin sahibi olduğu məşhur foto paylaşma platforması Instagram isə istifadəçilərinə Twitter vasitəsi ilə səslənib. 
Instagram twitter hesabından "Instagrama təsir edən kəsintinin fərqindəyik, problemin həlli istiqamətində çalışırıq. Səbriniz üçün təşəkkür edirik" deyə yazıb.  Qeyd edək ki, "Facebook" və "İnstagram" sosial şəbəkəsinə girişdə problem yaranmışdı.