Avropa Birliyində işsizlik rekord səviyyəyə çatıb

1 Avqust 2012 13:05 (UTC+04:00)
Movqe.Az bildirir ki, Avropa Birliyi Statistika Təşkilatının açıqladığı məlumatlara görə, avro bölgəsində işsizlərin sayı son bir ildə 2 milyon artıb, iyun ayı hesablamalarına görə də 17,8 milyona çıxıb. 27 üzvlü Avropa Birliyinin işsizlik nisbəti isə 10,4 faizə qalxıb, işsizlərin sayı 25 milyonu keçib.

İşsizlik rekordunu 24,8 faizlə İspaniya qırarkən, onu Yunanıstan və Portuqaliya izləyir. Avropa Birliyinin güclü iqtisadi ölkələri Avstriya, Hollandiya və Almaniya isə işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələr olaraq önə çıxıb.