7-8 saatlıq yuxu ürəyi qoruyur

27 Yanvar 2015 18:04 (UTC+04:00)
Gecə altı saatdan az yatan insanlar, 7-8 saat yatanlarla müqayisədə iki qat daha çox ürək xəstəliyi riski altındadır. Az yuxu, hüceyrələrinizin insulinə qarşı daha müqavimətli olmasına gətirib çıxarır, bu da qan şəkərinin yüksəlməsi, artıq çəki almaq və ürək xəstəliyi nəticəsinə səbəb olur. Yorğunluq, qadınların əksəriyyətinin görməməzlikdən gəldiyi bir əlamətdir. Əgər yaxşı bir yuxudan sonra belə özünüzü davamlı yorğun hiss edirsinizsə, dərhal həkimə müraciət edin.