Zərrab məhkəmədə uduzdu

27 Yanvar 2015 17:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, iş adamı Rza Zərrab kirayə qaldığı evin sahibinə məhkəmədə uduzub.

Zərrab ev sahibini "Mən də adam bilib evi buna verdim. Evimi restorana çevirib" dediyi üçün məhkəməyə verib. Zərrab iddia edib ki, bu sözlərlə ev sahibi onu təhqir edib.

Şikayətə İstanbul cəza məhkəməsində baxılıb. Tərəfləri məhkəmədə vəkilləri təmsil edib. Hakim isə iddiada cinayyət tərkibi olmadığını bildirərək cavabdehə bəraət verib.