Həbsxanaya narkotik, telefon və qulaqcıq keçirmək istədilər

27 Yanvar 2015 18:34 (UTC+04:00)

Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Movqe.az Penitensiar xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 221.1,29; 120.2.2 və 66.3 maddələrinə əsasən 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilən Emil Firdovsi oğlu Əlizadənin yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Etibar Seyran oğlu Bədələvun və qardaşı, Cəlilabad rayon sakini Tunar Firdovsi oğlu Əlizadənin üzərinə baxış keçirilib.

Bu zaman E.Bədələvun hər iki corabında gizlədilən 2 ədəd bükülüdə xalis çəkisi 5,584 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 11,4 qram olan narkotik vasitə - həşiş qətranı, T.Əlizadənin hər iki corabında gizlədilən 1 ədəd "Nokia", 1 ədəd "Kenxinda" markalı mobil telefon aparatı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.