14 azərbaycanlı İŞİD-dən fərarilik etdi – “Timsah” öldürüldü

28 Yanvar 2015 14:35 (UTC+04:00)

İŞİD-in İraq və Suriyada ciddi itkilər verməsi qruplaşma daxilində fərariliyi artırıb.

Movqe.az xəbər verir ki, Liviyanın "El-Ahed" qəzeti fərarilik edənlər arasında Orta Asiya və Azərbaycandan olan döyüşçülərin çoxluq təşkil etdiyini yazıb.

Məlumata görə, İŞİD "sərhəd mühafizəsi" adı altında Türkiyə sərhədlərinə yaxın ərazidən başlamış Suriya bölgələrinə qədər mühafizə dəstələri yaradıb. Fərarilik edənlərlə "sərhəd mühafizəçiləri" arasında atışmalar baş verib.

Nəticədə mühafizənin "Timsah" ləqəbli komandiri və iki döyüşçü öldürülüb.

Qəzet son bir neçə gün ərzində Rakka şəhərində İŞİD-in 14 azərbaycanlı üzvünün Türkiyəyə keçmək istədiyini yazıb.