Xəzər telekanalında sevilən veriliş efirə qayıdır

28 Yanvar 2015 15:47 (UTC+04:00)

Tele-aparıcı Aynur Hacıyeva yeni rəhbəri olduğu "Körpü şou" layihəsi ilə efirə qayıdır. Movqe.az xəbər verir ki, layihənin məramı türkiyəli məhşurlarla bzim tanınan və istedadlı sənətçilər, hər iki dövlətin musiqi mədəniyyəti arasında dostluq körpüsü yaradacaq. Bu məqsədlə bu gün keçirilən mətbuat konfransında Aynur xanım bilidirb ki, "Körpü şou" "Li li group" və Türkiyənin tanınan "Mərdan" yapımla birgə müqaviləsnin məhsuludu. Artıq anonsları yayımlanan layihənin ilk buraxılışı fevralın 1-də, "Xəzər televiziyasında yayıma buraxılacaq. Artıq 4 verliş çəkilən tele layihənin ilk iştiraskçıları xalq artisti Aygün Kazımova, Kərəm Cem olub. Digər buraxılışlarda, Zamiq Hüseynov Yusif Güney, Linet Samira və başqaları çəkilib. Təqdimat zamanı monitorda türkiyəli sənətçilərin verliş haqqında fikirləri yer alıb. Bu onun göstəricisidir ki, yerli sənətçilərimiz Murat Boz, Murat Dalklıc, Gülşən, Simge Sağın, Soner Arıca, Didəm, Emre Kaya və digər sənətçilərlə bu layihədə iştirakı nəzərdə tutulub.
Bu layihə ilə tele məkana möhürünü vurmağa hazırlaşan Aynur Hacıyeva bunları qeyd elədi:
"Müqaviləyə əsasən çəkilişlər Türkiyədə həyata keçiriləcək. Hər verlişdə bizim istedadlı müğənni Leyla Babayeva Azərbaycan mahnıları səsləndirəcək və onun tarixi barədə məlumat veriləcək. Bu, bir növ təbliğat xarakteri daşıyacaq. Eyni zamanda hər dövlətin sənətçisi mahnılarını canlı ifa edəcək. İlk çəkilişlər dinamik və uğurlu alındı".
Layihənin anonsları gedən ərəfədə qulağına xoşagəlməz fikirlərin çatdığını bildirən Aynur xanım jurnalistlərin Röyanın oxşar layihə anonsu etdiyini söyləməsinə aydınlıq gətirdi:
"Röyanın çəkəcəyi layihə barədə xəbərim var. İnstagram səhifəsində oxumuşam. Biz artıq layihəmizi efirə verməyə hazırlaşırıq. Hər bir yaradıcı insana uğurlar arzu edirəm. Hərəmiz öz işimizi görək, kimin işinin daha uğurlu alındığını biz yox, tamaşaçı deyəcək".
Qeyd edək ki, layihənin baş rejissoru Kamal Başbuğ, baş prodüseri Ləman Tağıyeva, redaktoru Vüsalə Hikmətdir.