Zəlimxan Yaqubun yeni kitabı çıxıb

1 Avqust 2012 15:18 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın sevimli şairi Zəlimxan Yaqubun yeni kitabı çıxıb.

 Qeyd edək ki, səhhətində yaranmış problemə baхmayaraq yenə də yazıb-yaratmağa davam edən kövrək qəlbli sevimli  şairimiz Zəlimхan Yaqubun bu günlərdə yeni "Mövlana" adlı kitabı işıq üzü görüb. 

"Vətən" nəşriyyatında nəfis tərtibatla çap olunan yeni kitaba xalq şairinin son illərdə yazdığı üç irihəcmli əsəri – "Mövlana", "Sürgünlə söhbət" və "İçimdə ağlayan Krım" poemaları daxil edilib.

Türkan Nadirqızı

Movqe.Az