20 min adam evindən didərgin düşdü

1 Avqust 2012 17:11 (UTC+04:00)
Movqe.Az bildirir ki, Filippinin paytaxtı Manila və ətrafında baş verən "Saola" qasırğası 7 adamın ölümünə səbəb olub.

Vətəndaş Müdafiə Dairəsi səlahiyyətlisi, ən az 20 min adamın evlərindən evakuasiya edildiyini, 100 adamın xilas edildiyini açıqlayıb. "Saola"bu il Filippini dağıdacağı gözlənilən 20 qasırğadan yeddincisidir.