Dövlət başçısı İsveçrədə olan hesabını açıqlaya bilməz

11 Aprel 2012 18:22 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi prosessində Mitt Romneyin adı hər ötən gün daha qabarıq şəkildə ön plana çıxarkən ABŞ prezidenti Barak Obamanın qrupu gələcək rəqiblərinin İsveçrə banklarındakı hesablarının açıqlanmasını istəyib.

Obamanın seçki kampaniyası çərçivəsində milyarder iş adamı Varren Buffetin söylədiyi milyonerlərin daha çox vergi ödəməsi təklifi haqqında olan mübahisədə söz Romneyin İsveçrədəki bank hesablarından düşüb və Demokratlar "Bir prezident namizədinin İsveçrədə hesabı ola bilərmi" deyə soruşub .

Demokrat Partiya senatoru Dick Durbin : Varren Buffettlə olan görüşlərimin birində "Heç İsveçrə banklarında bir hesabınız olubmu?' deyə soruşdum. O isə cavabında: ABŞ-da bir çox yaxşı bank olduğunu , buna ehtiyac duymadığını bildirib. Bir kimsənin pulunu İsveçrəyə qoymasinin ilk səbəbnin İsveçrə frankının ABŞ dollarından daha güclü olduğunu düşünməsidir.

Çox gümanki Romney ailəsi keçmiş prezident Buşun dövründə belə bir seçim edib. İkinci səbəbi isə nəyinsə saxlanılması istəyidir. Demokratlar prezident namizədinin İsveçrədə bank hesabı olmasının şəffaflıqdan uzaq olduğunu bildiriblər. Ümumi sərvətinin 200 milyon dollar olduğunu söyləyən Romneyin əsl sərvətinin ən az 500 milyon dollar olduğu güman olunur .

Lakin İsveçrədəki pullarla bu rəqəmin daha da yüksək ola biləcəyi təxmin edilir.


Əfqanə Məzahirqızı