Azərbaycan neftinin qiyməti artıb
31 Yanvar 2015 21:13 (UTC+04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın
yüngül neftinin qiyməti yanvarın 30-da 50,89 dollar/barel təşkil
edib.
Movqe.az xəbər verir ki , 1997-ci ildən yüngül neft hasil edən
ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə
günü verilən məlumata görə, cümə günü neftin qiyməti cümə
axçamına nisbətən 0,75 dollar/barel artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar
blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla
Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri
Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac
olunur.
ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB
basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da
49,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,72
dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır.
Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın
30-da 46,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən
0,93 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin
qiyməti yanvarın 30-da 47,86 dollar/barel təşkil edib. Bu, əvvəlki
qiymətdən 0,8 dollar/barel çoxdur.