Yanğın Binəqədi rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində başlayıb.
Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər. Qeyd edək ki, bu binada məcburi köçkünlər məskunlaşıblar.
Qəribə olsada yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib.Yanğın 2-bloklu, 5-mərtəbəli binanın yarısını əhatə edib.Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunubLakin yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Hal - hazırda yanğın davam edir.
Türkan Nadirqızı
Movqe.Az