Daha bir yolun təmiri gələn ay bitəcək

1 Avqust 2012 22:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Zabrat yolunda təmir işləri yaxın zamanda bitəcək.

 "Azəryolservis" ASC-dən bildirilib ki, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində işlər sentyabrın 10-na qədər başa çatmalıdır. Məlumata görə, hazırda Bakının bir sıra qəsəbələrində – Zabrat, Dərnəgül və digər yollarda gedən təmir-tikinti işləri isə hələ bir müddət davam edəcək.

Türkan Nadirqızı

Movqe.Az