Cənubi Qafqaz ölkələri liderləri arasında ən populyar “Twitter” akkauntu
1 Avqust 2012 19:27 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev "Twittersphere" şəbəkəsinə Azərbaycan dilində
"@azpresident", ingilis dilində
"@presidentaz" olmaqla, iki
akkauntla qoşulub.
Prezident şəxsi akkauntlarından nitqlərdən
mühüm sitatları dərc etmək üçün istifadə edir. Azərbaycan
Respublikası Prezidentinin Azərbaycan dilində olan ən məşhur
tvitində deyilir:
"20-ci əsrin ən dəhşətli və faciəli hadisələrindən
olan Xocalı soyqırımının 20 illiyi".
İngilis dilində aşağıdakı tvitlər daha
populyardır:
"Müstəqillik böyük sərvət, bizim üçün mühüm
nailiyyət və dəyərdir".
Hər iki akkaunt təkcə sitatların dərc olunması ilə
yanaşı, həm də istifadəçilərlə əlaqə saxlayır.
Qeyd edək ki, bu məsələdə Azərbaycan Gürcüstan və
Ermənistanı çox geridə qoyub. Belə ki, əgər Azərbaycan
Prezidentinin akkauntunun 27 mindən çox oxucusu varsa, Gürcüstan
Prezidenti Mixail Saakaşvilidə bu göstərici 4500-dür.Ermənistan
Prezidenti Serj Sarkisyanın isə ümumiyyətlə "Twitter" akkauntu
yoxdur.