Şirniyyat yoxsa yumurta?
11 Aprel 2012 18:42 (UTC+04:00)
Həkimlər yorulmuş
orqanizmi şokoladlarla yox, yumurtayla gücləndirməyi tövsiyyə
edirlər.
Adətən bir çoxumuz
başımız ağrıdıqda, halsızlıq və s. kimi hallarla üzləşərkən kofe
vəya şirniyyat istifadə edirik. Çünki iddialara görə qlükoza
təzyiqi yuxarı qaldırır və halsızlığı aradan qaldırır. Lakin
həkimlərin sözlərinə əsasən, heç bir şirniyyat və yaxud şokolad
toyuq yumurtasıyla müqayisə edilə bilməz.
Yumurtanın ağında
olan proteinlər insanı gün ərzində daha gümrah saxlayır, nəyinki
şokolad. Şirniyyat və şokoladın tərkibində olan karbohidrat,
yumurtanın tərkibindən fərqli olaraq orqanizmə ziyanı var. Sübut
olunduğu kimi, karbohidratlar insan orqanizmində piylənməyə və
yuxusuzluğa səbəb olur.
Bir çox alimlər
yumurtanı ağır yemək kimi qeyd etsələrdə, diyetoloqlar bu
fikrin əleyhinədir. Çünki yumurtada olan vitaminlər və proteinlər
ürək xəstəliyinə tutulma riskini azaldır.
Türkan
Nadirqızı