Kristian Diorun villası satışda - FOTOLAR

2 Avqust 2012 12:26 (UTC+04:00)
Movqe.Az bildirir ki, Məşhur stilist Kristian Diorun Fransanın cənubundakı Var şəhərində olan "The Chateau de la Collin Noir" adlı daş qala villası 10 milyon pounda satışa çıxıb. Dior Andre Svetşin adlı memar ilə birlikdə 1200 kvadrat metr əraziyə 18-ci əsr stilində tikilməsi planlaşdırdığı qalanın öz ailə evi kimi xatirələrlə dolu olmasını istəyib. 5 hektarlıq ərazidə tikilən 3 mərtəbəli qala, 22 otaqdan ibarətdir. Villanın daxili dekorasiyası Diorun öz stili və rənglərini əks etdirərək hazırlanıb.1957-ci  ildə Kristian Diorun ölümündən sonra bacısı Katerinə miras qalan qala, indiki vaxtda Jaquelin Tassoya aiddir. Tosso, 36 il əvvəl satın aldığı evin dekorasiyasını Diora olan heyranlığı səbəbiylə dəyişdirmək istəmədiyini bildirib. Son 12 ildir bu qalada yaşayan Tasso, evin ruhunu və rəng uyğunlaşmasını pozmadan üzmə hovuzu və bağçaya bir ibadətgah tikdirdiyini açıqlayıb. "Guardian"ın xəbərinə görə, Tasso evində mərasimlər hazırlamağı sevən Diorun ruhunu qorumaq naminə buranı xüsusi toylar keçirtmək üçün kirayəyə verir.