İran 4 milyard yox, 900 milyonluq “S-300”ü tələb edir

2 Avqust 2012 13:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiya ilə İran arasında 2007-ci ildə imzalanan, lakin Tehrana tətbiq olunan BMT sanksiyaları ucbatından ləğv edilən S-300 hava müdafiə raket sistemləri müqaviləsində maraqlı bir amil meydana çıxıb. İranın Moskva səfiri Seyid Seccadinin İzvestiya qəzetinə verdiyi məlumata görə Tehran rəhbərliyi Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdiyində Rusiyadan kompensasiya olaraq yalnız 900 milyon dollar istəyib. İranın istədiyi məbləğin bu olmasına baxmayaraq məhkəmə 3 milyard dollar daha əlavə edib. Səccad, "Məhkəmə qərarına biz də çox təəccübləndik. Rusiya, bizim ilkin ödəniş olaraq verdiyimiz 160 milyon dolları onsuz da geri qaytardı. Sonra isə biz mərmilərin satışından məsul olan "Rosoboronexport" şirkətiylə dəfələrlə görüşərək S-300 razılaşmasının sanksiya çərçivəsinə girmədiyini müdafiə edərək mərmilərin təslim edilməsində təkid etdik. Rusiya razı olmadıqda arbitrajın təşkil edilməsi qərarını aldıq. Məhkəməyə də kompensasiya müraciəti olaraq 900 milyon dollar rəqəmini yazdıq. Sanki gizli bir güc Rusiyanı cəzalandırmaq ya da astronomik cəzanı ödəməməsi üçün bizə S-300 raketlərini satmağa məcbur edirdi. Bir 4 milyard dollar yerinə Rusiyadan 900 milyon dollarlıq mərmiləri təslim almağa üstünlük veririk. Rusiya ilə nüvə enerjisi mövzusunda da yeni proyektlər üzərində işə hazırıq "deyib.